Nazirliklə Elmlər Akademiyası arasında pul qalmaqalı: 'Özbaşına imzalayıb'
Kənd Təsərrüfatı Nazirliyi ilə Milli Elmlər Akademiyası (AMEA) arasında borc qalmaqalı yaşanır. Nazirlik iddia edir ki, Elmlər Akademiyası illər öncə lizinqlə aldığı kənd təsərrüfatı texnikalarının (traktor, gübrə səpən, ot presləyən maşınlar və s.) pulunu illərdir ödəmir.